Vergiler.az

Müəlliflər

 

ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş mallara (işlərə, xidmətlərə) görə elektron vergi hesab-fakturası ilə bərabər elektron qaimə-faktura da təqdim olunmalıdırmı?

 

Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada qaimə-faktura və ya elektron qaimə-faktura verilməlidir.

Ətraflı

 

Bakı Dövlət Universitetinin filologiya fakültəsinin 2-ci kurs tələbəsiyəm, ödənişli əsaslarla təhsil alıram. Təhsil aldığım universitetə təhsil haqqı nağd qaydada ödənilə bilərmi?

 «Nağdsız hesablaşmalar haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, nağdsız hesablaşma dedikdə, bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə, ödəniş terminalları ilə və birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən

 

Sumqayıt şəhərində yerləşən və xüsusi mülkiy­yətimdə olan mənzilə görə nə qədər əmlak vergisi ödəməliyəm?

 

Vergi Məcəlləsinin 197.1.1-ci maddəsinin müddəalarına əsasən, rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri əmlak vergisinin vergitutma obyektidir.

Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinin müddəalarına görə, fiziki şəxslərin əmlak vergisi onların xüsusi mülkiyyətində olan yaşayış və